İngiltərənin “Çelsi” futbol klubu niderlandlı yarımmüdafiəçi Corcinyo Veynaldumu heyətinə qatmağa yaxındır.
İdman.Biz xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.
Məlumata görə, London klubu 35 yaşlı futbolçu ilə birillik müqavilə imzalamaq, anlaşmanı daha bir mövsüm uzatmaq imkanını əldə etmək istəyir. Bildirilir ki, tərəflər arasında razılaşma artıq 90 faiz tamamlanıb.
Veynaldum “Əl-İttifaq”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır. Səudiyyə Ərəbistanı klubu ötən mövsümün sonunda yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirməmək qərarına gəlib.
Qeyd edək ki, niderlandlı futbolçu karyerası ərzində PSV, “Liverpul”, PSJ və digər klublarda çıxış edib. O, “Liverpul”un heyətində İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olub.
