“Neftçi”nin sabiq baş məşqçisi “Vardar”a təyin olundu

2 Sentyabr 2026 15:19
107
“Neftçi”nin sabiq baş məşqçisi “Vardar”a təyin olundu

Azərbaycanın “Neftçi” futbol komandasının sabiq baş məşqçisi Miodraq Bojoviç Şimali Makedoniyanın “Vardar” futbol klubunun baş məşqçi postuna təyin edilib.

İdman.Biz xəbər verir ki, monteneqrolu mütəxəssis yeni klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.

57 yaşlı mütəxəssis bu postda argentinalı Kristian Fabianinin gedişindən sonra komandaya müvəqqəti rəhbərlik edən Matiya Mirkovu əvəzləyib.

Təcrübəli mütəxəssis karyerası ərzində “Neftçi”, “Srvena Zvezda”, “Dinamo” Moskva, “Lokomotiv” Moskva, “Rostov”, “Arsenal” Tula, “Krılya Sovetov” və digər klublarda çalışıb.

Bojoviç “Neftçi”yə 2023/24 mövsümündə 22 oyunda rəhbərlik edib. Komanda onun dönəmində 9 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə məğlub olub.

Bojoviç 2015/16 mövsümündə “Srvena Zvezda”nı Serbiya çempionu edib. O, Belqrad klubunda ümumilikdə 83 oyunda 62 qələbə, 11 heç-heçə və 10 məğlubiyyət qeydə alıb.

İdman.Biz