“Nyukasl” 21 yaşlı hücumçu 51 milyon funta transfer etdi

1 Sentyabr 2026 21:31
87
“Nyukasl” 21 yaşlı hücumçu 51 milyon funta transfer etdi

İngiltərənin “Nyukasl” futbol klubu “Lill”in hücumçusu Matias Fernandes-Pardonu transfer edib.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, İngiltərə klubu 21 yaşlı futbolçu üçün ilkin olaraq 51,4 milyon funt-sterlinq (117 milyon manat) ödəyəcək. Belçika millisinin üzvü yeni komandasında tibbi müayinədən keçdikdən sonra uzunmüddətli müqaviləyə imza atıb.

Fernandes-Pardo keçidlə bağlı açıqlamasında “Nyukasl” kimi böyük klubun formasını geyinəcəyi üçün qürur duyduğunu bildirib. O, baş məşqçi Mattias Yayssle ilə görüşdən sonra karyerasını məhz bu komandada davam etdirmək qərarının düzgün olduğunu vurğulayıb.

“Lill”in futbolçusu ötən mövsüm Avropanın “böyük beşlik” liqalarında 21 yaş və daha aşağı yaş qrupunda bir sıra göstəricilərlə fərqlənib. O, böyük qol imkanlarının sayına görə ikinci, rəqib cərimə meydançasında topla təmaslara görə beşinci, qapıya dəqiq zərbələrdə yeddinci olub.

Fernandes-Pardonun hücum xəttinin müxtəlif mövqelərində oynaya bilməsi də “Nyukasl” üçün transferi cəlbedici edən amillərdən biri olub.

Mattias Yayssle yeni transferi barədə danışarkən onu yüksək texnikaya və sürətə malik futbolçu kimi xarakterizə edib:

“Matias çox texnikalı və partlayıcı xüsusiyyətlərə malik futbolçudur. O, qol vura və məhsuldar ötürmə edə bilir, cəsarətlidir və rəqibləri keçmək bacarığı var”.

Qeyd edək ki, Fernandes-Pardo “Lill”in heyətində 2026/27 mövsümünün son oyununda iştirak etməyib və transfer məsələsi həll olunana qədər əsas komandadan ayrı məşq edib.

İdman.Biz