“Liverpul” PSJ-nin ulduzunu 123 milyon funta transfer etdi

31 Avqust 2026 19:15
136
“Liverpul” PSJ-nin ulduzunu 123 milyon funta transfer etdi

İngiltərənin “Liverpul” futbol klubu Fransa millisinin hücumçusu Bredli Barkolanı PSJ-dən transfer edib.

İdman.Biz xəbər verir ki, İngiltərə təmsilçisi 23 yaşlı futbolçu üçün ilkin olaraq 106 milyon funt-sterlinq (təxminən 244 milyon manat) ödəyəcək. Bonuslarla birlikdə transferin ümumi məbləği 123 milyon funta (təxminən 283 milyon manat) çata bilər.

Barkola “Liverpul”la 5 illik müqavilə imzalayıb və komandada 29 nömrəli formanı geyinəcək. Sol cinahda çıxış edən futbolçu hücum xəttinin digər mövqelərində də oynaya bilir.

Fransalı forvard ötən mövsüm PSJ-nin heyətində bütün turnirlər üzrə 49 oyunda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Barkola 2023-cü ildə “Lion”dan PSJ-yə keçib. O, Paris klubunun heyətində 3 dəfə Fransa çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Həmçinin Fransa Kubokunu 2 dəfə, UEFA Super Kubokunu və FIFA Qitələrarası Kubokunu qazanıb.

İdman.Biz