“Yuventus” “Nyukasl”ın hücumçusu Nik Völtemadenin transferi ilə bağlı danışıqları davam etdirir.
İdman.Biz xəbər verir ki, Turin klubu 24 yaşlı almaniyalı futbolçu ilə müqavilənin şəxsi şərtlərini razılaşdırıb. Völtemadenin özü də İtaliya klubuna keçmək istəyir.
Hazırda “Yuventus” və “Nyukasl” arasında icarə haqqının məbləği ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, “Yuventus” daha əvvəl “Atletiko”nun hücumçusu Conatan Devidi də icarəyə götürmək barədə razılığa gəlib.
