14 yaşlı Leandro Lara Boliviyanın ən güclü futbol klublarından biri olan “Olveys Redi”nin heyətində debüt edib.
İdman.Biz xəbər verir ki, gənc futbolçu kubok matçında meydana sonradan daxil olub. Bununla da Lara yerli futbol tarixində ən gənc oyunçulardan biri kimi tarixə düşüb.
Lakin onun debütündən daha çox saç düzümü diqqət çəkib. Belə ki, komandanın ənənəsinə əsasən, ilk dəfə əsas komandada meydana çıxan futbolçuların saçları qeyri-adi formada qırxılıb. Lara da bu “ənənə”dən yan keçməyib.
14 yaşlı futbolçunun debütü isə başqa səbəbdən də müzakirələrə yol açıb. Leandro Lara “Olveys Redi”nin vitse-prezidenti Edmando Laranın oğludur. Bu səbəbdən onun rekord debütü sosial şəbəkələrdə tənqidlə qarşılanıb və futbolçunun komandaya məhz atasının vəzifəsi sayəsində düşdüyü iddiaları səsləndirilib.
