İngiltərənin “Arsenal” futbol komandasının hücumçusu Qabriel Martinelli karyerasını “Əl-Hilal”da davam etdirəcək.
İdman.Biz xəbər verir ki, London klubu ilə Səudiyyə Ərəbistanı təmsilçisi arasında transferlə bağlı şifahi razılıq əldə olunub. Bonuslar daxil olmaqla keçidin məbləği 65 milyon avronu (130 milyon AZN) ötəcək.
25 yaşlı braziliyalı futbolçu “Əl-Hilal”la uzunmüddətli müqavilə imzalayacaq. Martinelli artıq “Arsenal”dan yaxın 24 saat ərzində Səudiyyə Ərəbistanına yollanmaq üçün icazə alıb.
Transferin rəsmiləşməsi üçün futbolçunun tibbi müayinədən keçməsi və müqavilə ilə bağlı son prosedurların tamamlanması qalır.
Qeyd edək ki, Martinelli 2019-cu ildən “Arsenal”ın formasını geyinir.
