Elanqa “Nyukasl” tarixinin əfsanəsini təkrarladı

29 Avqust 2026 23:33
101
Elanqa “Nyukasl” tarixinin əfsanəsini təkrarladı

İngiltərə Premyer Liqasının ikinci turunda “Nyukasl” səfərdə “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib. Bu qələbə qonaqların futbolçusu Entoni Elanqa üçün də əlamətdar olub.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, görüşdə “Nyukasl”ın ilk qolunu vuran Elanqa Premyer Liqanın ilk turunda da “Liverpul”un qapısına yol tapmışdı. Beləliklə, İsveç millisinin vingeri “Nyukasl”ın yeni mövsümün ilk iki oyununda da qol vurmağı bacarıb.

“Sağsağanlar”ın heyətində sonuncu dəfə bu göstəriciyə 2003/04 mövsümündə əfsanəvi hücumçu Alan Şirer imza atıb.

İdman.Biz