Türkiyə Super Liqası: “Qalatasaray”dan əzmkar qələbə, “Kocaelispor” və “Rizespor” səfərdə 3 xala sevindi - YENİLƏNİB + VİDEO

30 Avqust 2026 00:46
999
Türkiyə Super Liqası: “Qalatasaray”dan əzmkar qələbə, “Kocaelispor” və “Rizespor” səfərdə 3 xala sevindi

Türkiyə Super Liqasının üçüncü turunda “Qalatasaray” doğma meydanda “Göztəpə”ni 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, İstanbulun “RAMS Park” stadionunda keçirilən görüşdə hesabı 16-cı dəqiqədə “Göztəpə”nin yarımmüdafiəçisi Novatus Miroşi açıb. 33-cü dəqiqədə Davinson Sançes tarazlığı bərpa edib.

“Qalatasaray” 55-ci dəqiqədə Qabriel Sara ilə önə keçib. 63-cü dəqiqədə Viktor Osimhen penaltini dəqiq yerinə yetirərək hesabı 3:1 edib. “Göztəpə”nin hücumçusu Juan Santos isə 65-ci dəqiqədə fərqi azaldıb.

Turun digər matçında “Qaziantep” doğma meydanda “Rizespor”a 1:2 hesabı ilə uduzub.

23:05

Türkiyə Super Liqasının üçüncü turunda “Konyaspor” doğma meydanda “Kocaelispor”a 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, meydan sahibləri ilk hissədə hesabı açıb. “Konyaspor” 40-cı dəqiqədə Tangi Zukrunun avtoqolu ilə önə keçib.

48-ci dəqiqədə azlıqda qalan meydan sahibləri hesabı qoruya bilməyiblər. Qonaqlar 72 və 86-cı dəqiqələrdə fərqlənərək qələbə qazanıblar.

Bu nəticədən sonra “Kocaelispor” 6 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Konyaspor” isə 0 xalla sonuncu – 18-ci yerdədir.

İdman.Biz