“İnter” futbolçusunu BƏƏ klubuna icarəyə verdi

29 Avqust 2026 19:44
125
“İnter” futbolçusunu BƏƏ klubuna icarəyə verdi

İtaliyanın “İnter” futbol klubu yarımmüdafiəçisi Kristyan Aslanini Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna icarəyə verib.

İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, “İnter” Aslanini bu yay birdəfəlik satmaq istəsə də, futbolçuya ciddi marağın olmaması səbəbindən icarə variantına üstünlük verib.

Müqavilədə mövsümün sonunda satınalma hüququ nəzərdə tutulmayıb.

Qeyd edək ki, 24 yaşlı albaniyalı futbolçu 2022-ci ilin yayında “Empoli”dən 15,7 milyon avroya (31,4 milyon manat) “İnter”ə keçib. O, Milan klubunda bütün turnirlərdə 99 matç keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

İdman.Biz