Rusiya millisinin sabiq baş məşqçisi Leonid Slutski futboldakı əsas superqəhrəmanın Kriştianu Ronaldu olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis “YouTube” kanallarından birinə müsahibəsində danışıb.
“Mənim üçün futbolda əsas superqəhrəman Kriştianu Ronaldudur. Çünki Messi bir qədər fərqlidir. Superqəhrəmanların adətən çox parlaq fiziki qabiliyyətləri olur. Kriştianuda isə bu xüsusiyyət var. Ya da Kilian Mbappe” – deyə Slutski bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldu və Lionel Messi futbol tarixinin ən uğurlu və tanınmış oyunçularıdır. Ronaldu karyerası ərzində 5 dəfə “Qızıl top”, Messi isə rekord sayda 8 dəfə bu mükafata sahib olub.
