İspaniya millisinin heyətində Avropa çempionu olan futbolçu Alvaro Morata karyerasını ölkəsində davam etdirəcək.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu İtaliyanın “Komo” klubundan İspaniya Sequndasında çıxış edən “Leganes”ə icarəyə keçib. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub və Madrid təmsilçisinin futbolçunu satın almaq hüququ var.
Morata daha əvvəl “Real Madrid”, “Atletiko”, “Yuventus” və “Çelsi” kimi klublarda çıxış edib.
Qeyd edək ki, ispan forvard ötən mövsüm “Komo”nun heyətində 30 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. “Leganes” isə ötən mövsüm Sequndada 16-cı yeri tutub.
