FIFA 2026-cı il dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə uduzduqdan sonra dava salan Argentina millisinin futbolçuları Leandro Paredes, Nauel Molina və Tyaqo Almadaya tətbiq olunan cəzanı yumşaldıb.
İdman.Biz xəbər verir ki, bununla bağlı Argentina Futbol Assosiasiyası (AFA) məlumat yayıb.
Əvvəlcə argentinalı futbolçuların diskvalifikasiyanı yalnız rəsmi oyunlarda çəkməsi nəzərdə tutulurdu. Lakin AFA müraciətindən sonra FIFA cəzanın yoldaşlıq görüşlərində də çəkilməsinə icazə verib.
Beləliklə, futbolçular cəzanı keçiriləcək ilk yoldaşlıq və ya rəsmi matçda çəkəcəklər.
AFA isə qərarın əsaslandırılmasını gözlədiyini və bundan sonra FIFA-nın Apellyasiya Komitəsinə, zərurət yaranacağı halda isə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə biləcəyini açıqlayıb.
