Amorim “Milan”dan ayrılacağı deyilən Leao barədə danışıb

27 Avqust 2026 23:15
100
Amorim “Milan”dan ayrılacağı deyilən Leao barədə danışıb

İtaliyanın “Milan” futbol klubunun baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Rafael Lea0nun mümkün ayrılığı barədə danışıb.

İdman.Biz xəbər verir ki, Amorim “La Gazzetta dello Sport”a açıqlamasında futbolçudan məmnun olduğunu deyib:

“Rafa (Leao) çox güclü futbolçudur. Düzgün yanaşma ilə o, istənilən komandada çıxış edə bilər. Bəzən başqa kluba keçməyin daha yaxşı olduğu məqam yetişir və hazırda biz məhz belə bir vəziyyətdəyik”.

Daha əvvəl 27 yaşlı futbolçunun Türkiyənin “Qalatasaray” klubuna keçə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, Leau 2019-cu ildən “Milan”ın formasını geyinir. O, bu müddətdə 293 oyunda 80 qol vurub və 55 məhsuldar ötürmə edib. Portuqaliyalı hücumçunun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

İdman.Biz