Türkiyənin “Qalatasaray” futbol komandası orta xəttə yüksək səviyyəli futbolçu transfer etmək üçün çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Marsel” futbol klubunda çıxış edən Pyer-Emil Höybyerqlə yenidən maraqlanmağa başlayıb.
Danimarka millisinin üzvü ötən mövsüm 13,5 milyon avroya “Marsel”ə transfer olunub.
Fransa mətbuatının məlumatına görə, “Marsel” futbolçunun satışı üçün təxminən 15 milyon avro tələb edir.
Höybyerqin UEFA Çempionlar Liqasında mübarizə aparacaq komandaya keçməyə müsbət yanaşdığı bildirilir. Onun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
