İngiltərənin “Mançester Siti” futbol komandası orta xəttin yenidən qurulması istiqamətində bir neçə futbolçunu nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, İngiltərə millisinin və “Kristal Palas”ın yarımmüdafiəçisi Adam Uorton klubun maraq dairəsindədir.
London təmsilçisinin 22 yaşlı futbolçunu təxminən 100 milyon funt (224 milyon AZN) dəyərində qiymətləndirdiyi bildirilir.
Bu məbləğ “Mançester Siti” üçün əsas maneələrdən biri hesab olunur.
Mançester təmsilçisi paralel olaraq Enso Fernandes və digər yarımmüdafiəçilərin transfer imkanlarını da araşdırır.
