“Bristol Siti”nin hücumçusu Dom Ballard İngiltərə Çempionşipində baxımlı qola imza atıb.
İdman.Biz xəbər verir ki, İngiltərənin “Bristol Siti” futbol klubunun 21 yaşlı hücumçusu “Birmingem”lə səfər matçında qeyri-adi daban zərbəsi ilə fərqlənib.
Ballard 85-ci dəqiqədə Rio Kardinesin cinah ötürməsini arxası qapıya vəziyyətdə dabanla tamamlayaraq topu tora göndərib. Bu qol “Bristol Siti”ni 2:1 hesabı ilə önə keçirib.
Qol artıq mövsümün ən yaxşı qollarından birinə namizəd kimi qiymətləndirilir. Bu, eyni zamanda Ballardın “Bristol Siti”nin heyətində ilk rəsmi qolu olub.
Lakin qonaqlar üstünlüyü qoruya bilməyiblər. Demaray Qrey 90+5-ci dəqiqədə penaltidən fərqlənərək qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 2:2.
