“Milan” Ruben Diaşın transferini nəzərdən keçirir

22 Avqust 2026 08:42
123
“Milan” Ruben Diaşın transferini nəzərdən keçirir

İtaliyanın “Milan” futbol klubu İngiltərənin “Mançester Siti” futbol klubunun mərkəz müdafiəçisi Ruben Diaşı transfer variantlarından biri kimi nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, mümkün transferdə “Milan”ın baş məşqçisi Ruben Amorimin amili də rol oynaya bilər. Portuqaliyalı mütəxəssis Diaşla həmyerlidir və bu faktor futbolçunun Milan klubuna keçidinə təsir göstərə bilər.

29 yaşlı Diaş 2020-ci ilin sentyabrından “Mançester Siti”nin formasını geyinir. O, bu müddət ərzində komanda ilə dörd dəfə İngiltərə çempionu olub.

Portuqaliyalı müdafiəçinin Mançester klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalı Diaşın bazar dəyərini 55 milyon avro qiymətləndirir.

İdman.Biz