Diniyev ağır məğlubiyyət alıb

Xəbərlər
22 Yanvar 2024 22:54
166
Diniyev ağır məğlubiyyət alıb

Azərbaycan yığmasının futbolçusu Türkiyə 1-ci Liqasında ağır məğlubiyyət alıb.

İdman.biz xəbər verir ki, Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” səfərdə “Göztəpə”yə uduzub.

19-cu turda Çoşqunun komandası liderlər qrupunda yer alan rəqiblə görüşdə qapısından 4 top buraxıb. Ümraniyəlilər bu qollardan yalnız birinin əvəzini çıxa biliblər. “Ümraniyəspor” çempionatda 5 oyundan sonra məğlubiyyət acısı yaşayıb.

Qeyd edək ki, Diniyevin komandası 23 xalla 12-ci pillədə qərarlaşıb.

İdman.biz