“Tottenhem” Omar Marmuşla şəxsi müqavilə şərtlərini razılaşdırdı

22 Avqust 2026 07:53
79
“Tottenhem” Omar Marmuşla şəxsi müqavilə şərtlərini razılaşdırdı

İngiltərənin “Tottenhem” futbol klubu “Mançester Siti”nin hücumçusu Omar Marmuşla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Mənbənin məlumatına görə, klublar arasında danışıqlar hələ davam edir. Tərəflərin yaxın vaxtlarda transferlə bağlı yekun razılığa gələcəyi gözlənilir.

Marmuş ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib.

Misirli futbolçunun Mançester klubu ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

“Transfermarkt” portalı 27 yaşlı hücumçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.

İdman.Biz