Konate: “Uşaqlıqdan bu anı xəyal edirdim”

21 Avqust 2026 05:51
80
Konate: “Uşaqlıqdan bu anı xəyal edirdim”

İspaniyanın “Real” komandasının yeni futbolçusu İbrahima Konate Madrid klubunda çıxış etməyin onun üçün böyük məsuliyyət olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, fransalı müdafiəçi təqdimatından sonra verdiyi açıqlamada uşaqlıq arzusunun gerçəkləşdiyini deyib.

“Uşaqlıqdan bu anı xəyal edirdim. Bu gün həmin arzu gerçəkləşdi. Madrid klubunun nə demək olduğunu çox yaxşı anlayıram. Böyük məsuliyyətdir, eyni zamanda çox güclü motivasiyadır.

Bu forma üçün bütün gücümü verməyə, hər gün maksimum çalışmağa və komandaya kömək etməyə söz verirəm.

Ümid edirəm ki, burada möhtəşəm anlar yaşayacağam və çoxlu titullar qazanacağam. Hala Madrid!”, - deyə Konate bildirib.

Qeyd edək ki, İbrahima Konate “Liverpul”dan ayrıldıqdan sonra azad agent kimi “Real”a keçib. Fransalı müdafiəçi Madrid klubu ilə 2030-cu ilədək müqavilə imzalayıb.

İdman.Biz