Argentina və Özbəkistan futbol milli komandaları tarixlərində ilk dəfə üz-üzə gələcəklər.
İdman.Biz xəbər verir ki, qarşılaşma sentyabrın 30-da Çində neytral meydanda təşkil olunacaq. Görüş Özbəkistan millisinin 2027-ci ildə Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokuna hazırlıq proqramına daxildir.
Argentina hazırda FIFA reytinqində ikinci pillədə qərarlaşıb.
Özbəkistan isə son illərdə milli komandalar səviyyəsində ciddi irəliləyişə nail olub. Mərkəzi Asiya təmsilçisi 2026-cı il dünya çempionatında tarixində ilk dəfə iştirak edib. Asiya Futbol Konfederasiyası da mundial təcrübəsinin komandanın gələcək inkişafı üçün mühüm mərhələ olduğunu vurğulayıb.
View this post on Instagram
