Harri Keyn “Əl-Hilal”ın nəhəng təklifini rədd etdi

20 Avqust 2026 01:38
87
Harri Keyn “Əl-Hilal”ın nəhəng təklifini rədd etdi

Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Harri Keyn “Əl-Hilal”ın təklifini qəbul etməyib.

İdman.Biz “Goal”a istinadən xəbər verir ki, İngiltərə millisinin kapitanına Səudiyyə Ərəbistanı təmsilçisi tərəfindən illik təxminən 85 milyon funt sterlinq (190 milyon AZN) maaş təklif olunduğu bildirilir. Daha əvvəl “Bild”ə istinadən yayılan məlumatlarda “Əl-Hilal”ın Keyn üçün üç illik ümumi 261 milyon funt sterlinqlik paket hazırladığı qeyd olunub.

Bununla belə, 33 yaşlı futbolçunun hazırkı mərhələdə “Bavariya”dan ayrılmaq istəmədiyi bildirilir. “The Guardian” Keynin Münhen klubunda qalmağa üstünlük verdiyini və tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqların gündəmdə olduğunu yazıb.

Keynin “Bavariya” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır. Hücumçu yaxın vaxtlarda klubla müqavilənin uzadılması barədə danışıqlar aparacağını da açıqlayıb.

İdman.Biz