Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldu Özbəkistanda meydana çıxa bilər.
İdman.Biz xəbər verir ki, AFC Çempionlar Liqası Elit turnirinin püşkatmasına əsasən, Özbəkistanın “Paxtakor” klubu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasını Daşkənddə qəbul edəcək. Bu isə Ronalduya Özbəkistanda rəsmi oyun keçirmək imkanı yaradır.
Özbəkistanın digər təmsilçisi “Neftçi” isə “Əl-Nəsr”lə səfərdə qarşılaşacaq. Beləliklə, Fərqanə klubu Ronaldunun komandasının qonağı olacaq.
Turnirin liqa mərhələsi 14 sentyabr 2026-cı ildə başlayacaq və 17 fevral 2027-ci ilədək davam edəcək.
