Canni de Byazi İran klubunun baş məşqçisi postuna namizəd olub

Xəbərlər
22 Yanvar 2024 11:14
509
Canni de Byazi İran klubunun baş məşqçisi postuna namizəd olub

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi karyerasını İranda davam etdirə bilər.

İdman.biz xəbər verir ki, 67 yaşlı italiyalı mütəxəssis “Persepolis” klubunun baş məşqçisi postuna namizədlər sırasında yer alıb.

Azərbaycan və Albaniya millilərini çalışdıran mütəxəssis “Modena”, “Breşiya”, “Torino” və “Udineze”də işləyib. İran klubunun rəhbərliyi ötən ilin sonunda yığmamızdan ayrılan De Byazi və portuqaliyalı Joze Vitor dos Santos Peyseyru arasında seçim edəcək.

Qeyd edək ki, “Persepolis” bir neçə gün əvvəl baş məşqçisi Yahya Golmohammadi ilə yollarını ayırıb.

İdman.biz

Məqalədə: