"Çelsi" yerli vaxtla saat 17:00-a qədər (Bakı vaxtı ilə 20.00) yarımmüdafiəçi Enzo Fernandes üçün heç bir yazılı təklif almamışdı.
İdman.Biz jurnalist Fabrizio Romanoya istinadən bildirir ki, "göylər" oyunçunun satışı ilə bağlı müzakirələr aparmaq üçün bu son tarixi təyin etmişdilər.
Mənbənin məlumatına görə, "Çelsi" artıq 25 yaşlı futbolçunu may ayının sonlarında potensial alıcılara təklif etdiyi məbləğ olan 120 milyon funt sterlinqə (140 milyon avro) satmağı düşünmür.
Fernandes 2023-cü ilin yanvar ayından London klubundadır. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 100 milyon avrodur.
