Türkiyə futbolunun tanınmış mütəxəssisi Fatih Terim gündüz saatlarında futbol matçlarının keçirilməsini təklif edib.
İdman.Biz xəbər verir ki, uzun müddətdir yaşıl meydanlardan uzaq olan 72 yaşlı mütəxəssis “YouTube” kanalında yayımladığı proqramda bu mövzuda fikirlərini bölüşüb.
Terim gündüz oyunlarının həm azarkeşlər, həm də klublar üçün müəyyən üstünlüklər yarada biləcəyini bildirib.
O, bu formatın ən azı bir müddət sınaqdan keçirilməsinin tərəfdarı olduğunu deyib:
“Gündüz matçlarının tərəfdarıyam. Bu il bunu bir az sınamalıyıq. Baxın, çox xoşumuza gələcək. Bunun faydası var. Bəlkə iqtisadi baxımdan da fərq edəcək. Bəzi yerlərdə bir gecə artıq qalmayacaqsınız və ya daha tez gələcəksiniz. Gündüz matçlarını sevməliyik. Dünyada belədir, bundan doymaq olmur”.
Fatih Terimin bu təklifi sosial şəbəkələrdə və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
