PSV 36 illik rekordu yeniləyə bilməyib

21 Yanvar 2024 18:16
565
PSV 36 illik rekordu yeniləyə bilməyib

PSV Hollandiya çempionatında mövsümündən ilk dəfə xal itirərək, rekorda imza atmaq şansını əldən verib.

İdman.biz xəbər verir ki, Eyndhoven klubu səfərdə “Utrext”lə heç-heçə oyanyıb.

Son çempion özünəməxsus rekordu yeniləyə bilməyib. PSV 1987/88 mövsümündə Niderland çempionatında ardıcıl 17 qarşılaşmada meydandan qalib ayrılıb. Eyndhovenlilər eyni uğuru 2023/2024 mövsümündə təkrarlayıblar. Mütləq rekord üçün onlara bir oyun kifayət etməyib.

Qeyd edək ki, PSV 18 oyundan sonra 52 xalla ən yaxın izləyicisi “Feyenoord”u 13 xal qabaqlayır.

İdman.biz