“Çelsi” Martin Subimendi ilə maraqlanır

14 Avqust 2026 01:20
159
“Çelsi” Martin Subimendi ilə maraqlanır

"Arsenal" Bruno Gimarayeşin transferindən sonra yarımmüdafiəçi Martin Subimendini satmağa hazırdır.

İdman.Biz-in "TEAMtalk"a istinadən məlumatına görə, "Çelsi" də 2026-cı il Dünya Kubokunun qalibi ilə maraqlanır.
Mənbənin məlumatına görə, "Arsenal" 27 yaşlı futbolçunu 90 milyon avro dəyərində qiymətləndirir. "Çelsi"nin meneceri

Xabi Alonso uzun müddətdir ki, Zubimendinin keyfiyyətlərinə heyranlıqla yanaşır. "Mavilər" ispaniyalı futbolçunu yarımmüdafiəçi Enzo Fernandezin ayrılacağı təqdirdə onun əvəzedicisi kimi görürlər.

Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 75 milyon avrodur.

İdman.Biz