UEFA VAR müdaxilələrinin sayını azaltmaq və hakim qərarlarının Avropada daha vahid şəkildə tətbiq olunmasını təmin etmək istəyir.
İdman.Biz xəbər verir ki, bununla bağlı qurum 150-dən çox mübahisəli epizodun yer aldığı “Clear Line”(“Dəqiq Xətt”) platformasını istifadəyə verib.
UEFA-nın yanaşmasına əsasən, VAR yalnız meydandakı hakimin aydın və aşkar səhvinə yol verildiyi hallarda müdaxilə etməlidir. Xırda təmaslar və mübahisəli toxunuşlar isə avtomatik olaraq VAR baxışına səbəb olmamalıdır.
Qurum hesab edir ki, əsas qərarverici meydandakı hakim olaraq qalmalı, VAR isə yalnız ona kömək etməlidir.
UEFA-nın əsas məqsədlərindən biri eyni xarakterli epizodların Avropanın müxtəlif ölkələrində eyni cür qiymətləndirilməsinə nail olmaqdır.
