“Dubay Yunayted” mərakeşli hücumçiunu heyətinə qatıb

11 Avqust 2026 00:57
182
“Dubay Yunayted” mərakeşli hücumçiunu heyətinə qatıb

Mərakeşli hücumçu Əl-Mehdi Mauhub karyerasını BƏƏ-də davam etdirəcək.

İdman.Biz bildirir ki, oyunçunun Moskva “Dinamo”sundan transferi rəsmi olaraq “Dubay Yunayted” mətbuat xidməti tərəfindən açıqlanıb.

"Yunayted"ə xoş gəlmisən, Əl-Mehdi Mauhub! “Yunayted” Futbol Klubu 2026/2027 mövsümündən əvvəl Əl-Mehdi Mauhubu heyətə qəbul etməkdən məmnundur. Əl-Mehdinin gəlişi ilə “Yunayted” nəticələr uğrunda mübarizə aparmağa, komanda yoldaşları ilə birlikdə böyüməyə və klubun ambisiyalarına töhfə verməyə hazır olan daha bir oyunçu qazanır.

Mauhubu “Yunayted” ailəsinə qəbul etməkdən məmnunuq və onu qara-ağ formada meydanda görməyi səbirsizliklə gözləyirik. “Yunayted”ə xoş gəlmisən, Əl-Mehdi! Səni yeni mövsüm və yeni hədəflər gözləyir!", - “Dubay Yunayted”in mətbuat xidməti sosial media paylaşımında bildirib.

İdman.Biz