"Real Madrid" və Braziliya millisinin hücumçusu Endrik yay transfer pəncərəsində Madrid klubundan ayrılmayacaq.
İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.
"Real Madrid" rəhbərliyi oyunçunu və onun agentlərini Endrikin 2026/27 mövsümündə komandanın oyunları üçün heyətdə qalması qərarı ilə bağlı məlumatlandırıb. "Los Blancos"un baş məşqçisi Joze Mourinyo da bu qərarı təsdiqləyib.
Endrik 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirib və bütün yarışlarda 21 oyunda səkkiz qol vurub və səkkiz məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.
