Hücumçu Manor Solomon "Tottenhem Hotspur"dan "Vest Hem"ə keçib.
İdman.Biz-in "Vest Hem"in rəsmi saytına istinadən məlumatına görə, o, üç illik müqavilə imzalayıb. İsrail millisinin üzvü yeni klubunda 10 nömrəli formanı geyinəcək.
Solomon 2023-cü ilin yayında "Tottenhem Hotspur"a azad agent kimi qoşulub, lakin diz zədəsi səbəbindən 2023/2024 mövsümünün böyük hissəsini buraxıb. 2024-cü ilin yayında icarə əsasında "Lids Yunayted"ə keçib. 2025-ci ilin sentyabrında "Vilyarreala", 2026-cı ilin yanvarında isə "Fiorentina"ya keçib.
Solomon klubla üç illik müqaviləsi ərzində "Tottenhem Hotspur"da altı oyun keçirib, bunlardan beşi İngiltərə Premyer Liqasında, biri isə İngiltərə Liqa Kubokunda olub.
