Lautaro Martines “Barselona”ya keçə bilər

10 Avqust 2026 21:11
178
Lautaro Martines “Barselona”ya keçə bilər

"Barselona" argentinalı hücumçu Xulian Alvares üçün alternativ müəyyən edib. Onun "Atletiko Madrid"dən transferi Madrid klubunun mövqeyi ilə çətinləşir.

İdman.Biz Sport.es-ə istinadən bildirir ki, "İnter"in hücumçusu Lautaro Martines "Barselona" üçün mümkün "B Planı" kimi diqqət mərkəzinə düşüb və əgər yaxın günlərdə Alvarezlə bağlı heç bir irəliləyiş olmazsa, bu variantı nəzərdən keçirəcək.

Mənbənin məlumatına görə, "Barselona" üçün problem Lautaronun transferinin də çətin olmasıdır. Oyunçunun "İnter"lə 2029-cu ilin iyun ayına qədər müqaviləsi var. Ötən ilin may ayında oyunçunun özü transferi açıq şəkildə rədd etmişdi və "İnter"in prezidenti Cüzeppe Marotta "Barselona" ilə hər hansı danışıqları qəti şəkildə təkzib etmişdi.

Mediada yayılan məlumatlara əsasən, "İnter" Martinesi təxminən 120 milyon avroya satmağa hazırdır.

İdman.Biz