MLS təmsilçisi “Çikaqo Fayr”ın futbolçusu Robert Levandovski "Leagues Cup"da növbəti qolunu vurub.
İdman.Biz xəbər verir ki, polşalı hücumçu turnirin II turunda “Santos Laguna” ilə qarşılaşmada fərqlənib.
ABŞ təmsilçisi doğma meydanda Meksika klubunu 3:1 hesabı ilə məğlub edib.
Qonaqlar 20-ci dəqiqədə Ezequiel Bullaudenin qolu ilə hesabı açıblar. “Çikaqo Fayr” ikinci hissədə geridönüşə nail olub. Philip Zinckernagel 72-ci dəqiqədə hesabı bərabərləşdirib. Robin Lod 90-cı dəqiqədə meydan sahiblərini önə keçirib.
Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə Robert Levandovski yekun hesabı müəyyənləşdirib. Polşalı forvard rəqib qapıçının dəf etdiyi topu tamamlayaraq fərqlənib.
Bu, Levandovskinin “Çikaqo Fayr” üçüncü qolu olub. 37 yaşlı hücumçu bundan əvvəl MLS-də “Charlotte”a qarşı oyunda dubl edib.
Beləliklə, “Çikaqo Fayr” "Leagues Cup"da keçirdiyi ilk iki oyunda iki qələbə qazanıb. Komanda turnirin ilk turunda “Necaxa”nı 2:0 hesabı ilə məğlub edib.
