“İnter” “Liverpul”un futbolçusunu istəyir: Qiyməti 40 milyon avrodur

10 Avqust 2026 05:36
298
“İnter” “Liverpul”un futbolçusunu istəyir: Qiyməti 40 milyon avrodur

İtaliyanın “İnter” futbol komandası “Liverpul”un yarımmüdafiəçisi Kertis Consun transferində maraqlıdır.

İdman.Biz xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, baş məşqçi Kristian Çivu 25 yaşlı futbolçunun heyətə cəlb olunmasını istəyir.

“Liverpul” ingiltərəli futbolçu üçün ən azı 40 milyon avro (77.6 milyon AZN) tələb edir. Consun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Milan təmsilçisi transferi reallaşdırmaq üçün əvvəlcə heyətdəki bəzi futbolçularla yollarını ayıra bilər. Aleksandar Stankoviçin mümkün gedişi Consun transferinə maliyyə baxımından şərait yarada bilər.

“İnter” Consun universallığını əsas üstünlüklərindən biri hesab edir. Yarımmüdafiəçi mərkəzdə, hücuma yaxın mövqedə və daha geridə çıxış edə bilir.

İdman.Biz