Balotelli “Salernitana”dan təklif alıb

Xəbərlər
20 Yanvar 2024 20:33
184
Balotelli “Salernitana”dan təklif alıb

“Adana Dəmirspor”dan ayrılması gözlənilən Mario Balotelli karyerasını ölkəsində davam etdirə bilər.

İdman.biz xəbər verir ki, “Salernitana” təcrübəli forvardla danışıqlar aparır.

İdman direktoru Valter Sabatini bu transferlə bağlı klubun sahibi Dailo İervolinonu razı sala bilib. Onun fikrincə, Marionun keçidi “Salernitana”ya faydalı ola bilər. Növbəti həftədə tərəflər arasında rəsmi müqavilə bağlanılacağı qeyd olunub.

Qeyd edək ki, Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevlə eyni komandada çıxış edən Balotelli müalicə məqsədilə İtaliyaya yollanıb. Amma “Adana Dəmirspor”a dönməyən forvardla müqaviləyə xitam verilməsi gözlənilir.

İdman.biz