“Xetafe” Belçika millisinin yarımmüdafiəçisini transfer edə bilər

7 Avqust 2026 20:31
121
“Xetafe” Belçika millisinin yarımmüdafiəçisini transfer edə bilər

Belçika millisinin yarımmüdafiəçisi Aurel Manqala "Lion"dan icarə əsasında "Xetafe"yə keçə bilər.

İdman.Biz bu barədə “L'Equipe”ə istinadən məlumat verir.

"Lion" hazırda əmək haqqı xərclərini azaltmaq üçün bir neçə oyunçusunu transfer etməyə çalışır. Manqalanın yaxın gələcəkdə heç bir transfer seçimi olmadan "Xetafe"yə icarə əsasında keçəcəyi gözlənilir. İspaniya klubu yarımmüdafiəçinin əmək haqqının böyük hissəsini ödəyəcək.

Manqalanın "Lion"la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, belçikalı futbolçunun hazırkı bazar dəyəri 9 milyon avrodur. O, ötən mövsüm 15 matçda bir məhsuldar ötürmə edib.

İdman.Biz