Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubunun adı açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Türkiyənin “Vanspor” Futbol Klubu məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ozan Can Kökçü son olaraq Niderlandda “Volendam”ın formasını geyinib. “Vanspor” Türkiyə Birinci Liqasında mübarizə aparır.
