“Bavariya” 2025/2026 mövsümünün Almaniya Kubokunun final matçında “Ştutqart”ı 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, beləliklə, Vensan Kompani “Bavariya” ilə dördüncü kubokunu qazanıb.
Kompani 2024-cü ilin yayında “Bavariya”nın baş məşqçisi olub.
Onun rəhbərliyi altında komanda iki dəfə Bundesliqanı, bir dəfə Almaniya Kubokunu və bir dəfə Almaniya Superkubokunu qazanıb.
