PSJ Çempionlar Liqasını qazanarsa, “qızıl dubl”a imza ata bilər

14 May 2026 07:12
299
PSJ Çempionlar Liqasını qazanarsa, “qızıl dubl”a imza ata bilər

PSJ UEFA Çempionlar Liqasının finalında qalib gələrsə, ardıcıl ikinci mövsüm “qızıl dubl” edəcək.

İdman.Biz bildirir ki, PSJ Liqa 1-in 29-cu turundan təxirə salınmış oyunda “Lans” üzərində 2:0 hesablı inamlı qələbə qazanaraq vaxtından əvvəl Fransa çempionu olub.

İndi parislilər diqqətlərini 30 may 2026-cı ildə keçiriləcək Çempionlar Liqasının finalına yönəldə bilərlər. Turnirin həlledici matçında PSJ Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da “Arsenal”la qarşılaşacaq.

İdman.Biz