Əfsanəvi futbolçu klub prezidenti olub

Xəbərlər
7 Yanvar 2024 14:57
396
Əfsanəvi futbolçu klub prezidenti olub

Braziliya millisinin əfsanəvi futbolçusu Romario klub prezidenti olub.

İdman.biz xəbər verir ki, PSV və "Barselona"nın sabiq hücumçusu yerli "Amerika"ya rəhbər təyin edilib.

Komanda Rio-de-Janeyro ştatının Ali Liqasında - Karioka çempionatında mübarizə aparır və Braziliyanın köklü klublarından hesab olunur.

Qeyd edək ki, Braziliya millisinin heyətində 1994-cü ildə dünya çempionu olan Romario karyerasını bitirdikdən sonra 2015-2023-cü illərdə Rio-de-Janeyro ştatının senatoru vəzifəsində çalışıb.

İdman.biz

Məqalədə: