İtaliya A Seriyasında 33-cü tur başa çatıb.
İdman.Biz, turun son oyununda "Leççe" doğma meydanda "Fiorentina" ilə 1:1 hesablı heç-heçə edib.
Oyunda hesabı 30-cu dəqiqədə Harrison açıb. Meydan sahibləri isə 71-ci dəqiqədə T. Qabrielin qolu ilə bərabərliyi təmin edib.
33 turdan sonra "İnter" 78 xalla turnir cədvəlinin vahid lideridir. "Milan" və "Napoli" 66, "Yuventus" 63, "Komo" və "Roma" 58, "Atalanta" isə 54 xal toplayıb.
