George Hacinin təyinatı rəsmən açıqlandı

20 Aprel 2026 18:23
187
George Hacinin təyinatı rəsmən açıqlandı

Futbol üzrə Rumıniya millisinin yeni baş məşqçisi bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası məlumat yayıb.

Komanda George Haciyə həvalə olunub. Mütəxəssis bu postda bir müddət əvvəl dünyasını dəyişən Mirça Luçeskunu əvəzləyib.

Müqaviləyə əsasən, George Haci qarşıdakı iki seçmə mərhələdə komandanın sükanı arxasında olacaq.

İdman.Biz
Məqalədə: