A Seriyası: “Fiorentina” minimal hesabla “Latsio”nu məğlub edib - VİDEO

14 Aprel 2026 01:04
453
A Seriyası: “Fiorentina” minimal hesabla “Latsio”nu məğlub edib

İtaliya A Seriyasının 32-ci turunda “Fiorentina” və “Latsio” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, “Fiorentina”1:0 hesabı ilə qalib gəlib. Oyun Florensiyadakı “Artemio Franki” stadionunda baş tutub.

Oyunun yeganə qolunu 28-ci dəqiqədə Robin Qosens vurub.

Bu matçdan sonra “Fiorentina” 35 xalla İtaliya yüksək divizionunda 15-ci, “Latsio” isə 44 xalla doqquzuncu yerdədir.

İdman.Biz