“Beşiktaş” və “Trabzonspor” misirli futbolçuya elçi düşüb

Xəbərlər
3 Yanvar 2024 18:53
141
“Beşiktaş” və “Trabzonspor” misirli futbolçuya elçi düşüb

“Arsenal”ın futbolçusu Məhəmməd Elneni Türkiyə klublarının maraq dairəsindədir.

İdman.biz xəbər verir ki, “Beşiktaş” və “Trabzonspor” misirli futbolçunu heyətinə cəlb etmək istəyir.

Elnenin artıq Türkiyə təcrübəsi var. Təcrübəli yarımmüdafiəçi 2019/2020 mövsümündə icarə əsasında “Beşiktaş”ın şərəfini qoruyub. “Arsenal”da əsas heyətdə yer ala bilməyən futbolçu komandasını dəyişməyin əleyhinə deyil. 31 yaşlı futbolçu 2016-cı ildən London klubunda çıxış edir və onun müqaviləsi yayda bitəcək.

Qeyd edək ki, 2023/2024 mövsümündə Elneni “Arsenal”da cəmi 4 rəsmi oyunda meydana çıxıb.

İdman.biz