Almaniyanın “Bavariya” klubu Bundesliqa mövsümündə 105 qol vuraraq, 1972-ci ildəki tək bir yarışda göstərilmiş qol rekordunu qırıb.
İdman.Biz xəbər verir ki, o vaxt Münhen komandası çempionat mövsümündə 101 qol vurmuşdu.
Bundesliqanın qalan oyunlarında “Bavariya” “Ştutqart” (19 aprel), “Maynts” (25 aprel), “Haydenhaym” (2 may), “Volfsburq” (9 may) və “Köln” (16 may) ilə qarşılaşacaq.
“Bavariya” 2025/26 mövsümündə Almaniya Bundesliqası turnir cədvəlində 29 oyundan 76 xalla birinci yerdədir.
