Klubu Onananı yığmanın ilk oyununa buraxmaq istəmir

Xəbərlər
2 Yanvar 2024 22:42
161
Klubu Onananı yığmanın ilk oyununa buraxmaq istəmir

Kamerunlu qapıçı Andre Onana Afrika Millətlər Kubokuna gec qoşula bilər.

İdman.biz xəbər verir ki, “Mançester Yunayted” qolkiperi turnirə vaxtında buraxmaq niyyətində deyil.

Onananın çıxış etdiyi Kamerun yığması turnirdə ilk oyununu yanvarın 15-də keçirəcək. “Mançester Yunayted” isə 1 gün əvvəl Premyer Liqada “Tottenhem”lə qarşılaşacaq. Klubun rəhbərliyi bununda bağlı Kamerun Futbol Federasiyası ilə danışıqlar aparır. Razılıq əldə olunacağı təqdirdə Andre AFK-nin qrup mərhələsinin ilk oyununda Qvineyaya qarşı meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Onana 50,2 milyon avroya “İnter”dən “Mançester Yunayted”ə keçib. O, bu mövsüm meydana çıxdığı 26 oyunda 43 qol buraxıb.

İdman.biz