FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb - FOTO

2 Aprel 2026 13:29
181
FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb - FOTO

FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.

İdman.Biz xəbər verir ki, FIFA referisi, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Birinci raundunun üç oyununda fəaliyyət göstərib.

O, A qrupunun İsveç - Sloveniya və Belçika - İsveç matçlarında baş hakim, Belçika - Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.

Azərbaycanlı digər referi Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.

İdman.Biz