"Liverpul"un müdafiəçisi İbrahima Konate komandanın yenidən qurulması və hazırkı nəticələri barədə şərh verib.
İdman.Biz bildirir ki, 31 oyundan sonra “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 49 xalla beşinci yerdədir.
“Biz yeni oyunçular cəlb edirik, uyğunlaşırıq və bir-birimizi anlamağa çalışırıq. Zamanla mütləq kubok qazanacağıq. Premyer Liqa və ya Çempionlar Liqasını qazananda uğur qazanacağıq və insanlar uğursuzluqlarımızı unudacaqlar”, - deyə ESPN Konatedən sitat gətirib.
Konatenin “Liverpul”la müqaviləsi 2026-cı ilin yayında başa çatır. Müdafiəçi bu mövsüm klubun heyətində 41 oyunda meydana çıxıb və iki qol vurub.
